Cümə, 03 May

Pentaqon: "Ukrayna Krımdakı hədəflərə "HIMARS"la hücum edə bilər"

image

Ukrayna HIMARS (MLRS) çoxsaylı buraxılış raket sistemləri üçün GMLRS mərmiləri ilə döyüş meydanındakı hədəflərin əksəriyyətinə hücum edə bilər. 

Xəbər verilir ki, bu barədə Pentaqonun rəsmisi Laura Kuper bildirib.

O əlavə edib ki, bu, Krım ərazisinə də aiddir, çünki ora Ukraynaya məxsusdur.

“Hesablamalarımıza görə, yeni hərbi yardım paketində əlavə olaraq təqdim edəcəyimiz HIMARS-da olan GMLRS sistemləri ilə onlar döyüş meydanında Krım da daxil olmaqla, əksər hədəflərə çata bilirlər”, – Laura Kuper brifinq zamanı deyib.

Qeyd edək ki, iyulda Ağ Ev Ukraynaya 300 km mənzilli “ATACMS” raketləri verməkdən imtina edib. Oktyabrın 4-də isə ABŞ Ukraynaya dörd HIMARS MLRS daxil olmaqla, 625 milyon dollarlıq yeni yardım paketini elan edib.

Xatırladaq ki, Qərb ölkələri Krımı Rusiya ərazisi kimi tanımır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15